Polşada hava nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq

Polşada mayın 1-dən etibarən dispetçer çatışmazlığı ilə əlaqədar
hava nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq.

Trend-in
məlumatına görə, bu barədə Polşa hökumətinin qərarında deyilir.

Qeyd olunur ki, paytaxt Varşava üzərində hava məkanında uçuşlar
yerli vaxtla saat 09:30-da 17:00-dək yerinə yetirilə bilər.

Polşada aviadispetçerlərin hava nəqliyyat agentliyi rəhbərliyi
ilə münaqişəsi bir ilə yaxındır ki, davam edir. Dispetçerlər
əlverişsiz iş şərtləri və aşağı əmək haqları ilə bağlı şikayət
edirlər. Yaxın zamanlarda onların kütləvi işdən ayrılmaları
gözlənilir.