ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistan-Azərbaycan sərhədindəki münaqişə ilə bağlı müzakirə aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Ermənistan və Azərbaycan sərhədində son hadisələr və bu regiona ATƏT-in missiyasının göndərilməsinin potensial imkanları müzakirə edilib”, – XİN-dən bildirilib.