Rusiyada səfərbəyliyə çağırılan vətəndaşlar yoxlanılacaq

Rusiyada səfərbəyliyə çağırılan vətəndaşlar yoxlanılacaq

Moskva və Moskva vilayətindən qismən səfərbərliyə çağırılan vətəndaşların siyahılarının Müdafiə Nazirliyinin tələblərinə və Rusiya Prezidentinin fərmanına uyğunluğu yoxlanılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

“Müdafiə naziri Sergey Şoyqu və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla birlikdə qismən səfərbərliyə çağırılmış vətəndaşların müvəqqəti yerləşdirilməsi mərkəzinə baş çəkdik. Müdafiə Nazirliyi adından çağırışçıların siyahılarının MN-nin tələblərinə və Rusiya Prezidentinin fərmanına uyğunluğunu yoxlayırıq”,- Sobyanin deyib.

Teqlər: