Polşanın cənub-şərqində ABŞ və Polşanın birgə təlimləri
başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Polşanın müdafiə naziri
Mariuş Blaşak özünün “Twitter” səhifəsində yazıb.
“Həftəsonu 18-ci Mexanikləşdirilmiş Diviziyanın (“Dəmir
Diviziya”) əsgərləri Polşanın cənub-şərqində ABŞ Ordusunun 82-ci
Hava Desant Diviziyasının əsgərləri ilə birgə təlimlərə
başlayıblar.
Biz ardıcıllıqla NATO-nun şərq cinahının təhlükəsizliyini
gücləndiririk”, – deyə nazir bildirib.