Bayden və Makron arasında telefon danışığı olub

ABŞ Prezidenti Cozef Bayden və Fransa Prezidenti Emmanuel Makron
arasında telefon danışığı baş tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə Ağ Evin
mətbuat xidmətindən bildiriblər.

“Prezident Baydenin Fransa Prezidenti Makronla qorunan xətlə
telefon danışığı şərq sahili vaxtı ilə 15:47-də (Bakı vaxtı ilə
00:47) başlayıb və 16:02-də (Bakı vaxtı ilə 01:02) başa çatıb”, –
deyə mətbuat xidmətindən bildirilib.


Telefon danışığının təfərrüatları barədə məlumat verilməyib.