Polşa Türkiyəyə meşə yanğınları ilə mübarizədə kömək etməyə hazırdır

Polşa meşə yanğınlarının söndürülməsində Türkiyəyə kömək etməyə və əməliyyatda iştirak üçün xilasetmə qrupu göndərməyə hazır olduğunu bildirdi.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda öz “Twitter” səhifəsində yazıb.

“[Polşa] Baş naziri Mateuş Moratskiyə yanğın təyyarələrinə və vertolyotlara ehtiyacı olan Türkiyəyə dəstək verilməsi xahişi ilə müraciət etdim. Yanğınsöndürənlərimiz tezliklə oraya gedəcəklər”, – Duda yazır və qeyd edib ki, Türkiyə Polşanın köməyinə arxalana bilər.

Teqlər: