Polşa şirkətləri azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştirakda maraqlıdır – Polşa XİN başçısı

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan
bərpa-quruculuq işlərində Polşa şirkətləri iştirak etməkdə
maraqlıdır.

Trend xəbər verir ki, bunu Polşanın xarici işlər naziri, ATƏT-in
fəaliyyətdə olan sədri Zbiqnev Rau martın 31-də Prezident İlham
Əliyevin qəbulunda olarkən deyib.

Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla
inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin
genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası
komissiyanın iclasının keçiriləcəyini vurğulayıb.

Zbiqnev Rau Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
aparılan bərpa-quruculuq işlərində Polşa şirkətlərinin də maraqlı
olduğunu bildirib.

Teqlər: