Bakıda həbsdə olan oğluna qeyri-adi üsulla narkotik aparan qadın saxlanılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq
təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı
alınıb.

Bu barədə AzerTimes-a Penitensiar Xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs
edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini
Sara Əvəz qızı İslamova tərəfindən gətirilmiş sovqata baxış
keçirilən zaman, orada olan maykaya xüsusi üsulla hopdurularaq
gizlədilmiş ümumi çəkisi 0,250 qram olan narkotik maddə – heroin
aşkar edilib.

Faktla bağlı araşdırma aparılır

Teqlər: