Polşa sərhədində Ukraynaya “yaşıl işıq”: fermerlər razılaşdı

Polşa sərhədində Ukraynaya “yaşıl işıq”: fermerlər razılaşdı

Polşalı fermerlər dekabrın 24-dən etibarən Ukrayna ilə sərhəddəki Medıke keçid məntəqəsindəki məhdudiyyəti aradan qaldırmağa razılaşıblar.

AzerTimes xəbər verir ki, bu barədə Polşanın Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Bugünkü danışıqların nəticəsi olaraq, noyabrın 23-də Medıke keçidini bağlamağa başlayan fermerlər, sabahdan, yəni dekabrın 24-dən saat 8:00-dan etibarən etiraz aksiyasını dayandırmaq qərarına gəliblər”, – məlumatda qeyd olunub.

Kənd təsərrüfatı naziri Çeslav Sekierski fermerləri əmin edib ki, onların tələbləri yerinə yetiriləcək, lakin bu, vaxt aparacaq.

O qeyd edib ki, artıq kənd təsərrüfatı vergisinin azaldılması ilə bağlı təkliflər hazırlanır.

Teqlər: