Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində hasarın tikintisinə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak deyib.
“Kalininqrad hava limanının Yaxın Şərq və Afrikadan uçuşlar üçün açıq olması ilə əlaqədar olaraq, sərhədin təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görmək qərarına gəldik. Bu gün istehkamçılar Polşa ilə sərhəddə müvəqqəti sədd çəkməyə başlayacaqlar”, – Blaşçak bildirib.