Polşa NATO-nun əsas gücünə çevrilir

Polşa NATO-nun əsas gücünə çevrilir

NATO-nun əsas gücü Fransa-Almaniya oxundan Polşaya doğru irəliləyir.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

“Hazırda Polşanın arsenalında 647 tank var ki, bu da Britaniyadan 3 dəfə çoxdur. Bundan başqa, Polşanın 250 ədəd “Abrams” sifarişi var. Eləcə də Cənubi Koreya Polşaya min ədəd K2 tankı verəcək ki, bunların da artıq 180-i istehsal olunub”, – məqalədə qeyd olunub.

Nəşr yazıb ki, Polşanın müdafiə büdcəsi onsuz da yüksək idi və ÜDM-in 2.4 faizini təşkil edirdi. İndi bu göstərici artıq 4 faizə çatıb:

“Bu ordunun şəxsi heyətinin sayı 114 min nəfərdir. Lakin bu rəqəm 300 minə çatdırılacaq. Hələ Rusiyanın Ukraynadakı müharibəsinə qədər Polşa 32 ədəd F-35 təyyarəsinin alınması ilə bağlı müqavilə imzalamışdı”.

Teqlər: