Polşa İtaliyadan helikopterlər aldı

Polşa İtaliyadan helikopterlər aldı

Polşa ordusuna “PZL widnik” konsernində istehsal olunan AV-149 hərbi-nəqliyyat helikopterlərinin ilk partiyası tədarük edilib.

AzerTimes xəbər verir ki, İtaliyada istehsal olunan 8,5 tonluq helikopter saatda 278 kilometr sürətlə uça və 18 nəfəri daşıya bilir. O, həmçinin pulemyotlarla və tank əleyhinə raketlərlə silahlanıb.

Polşa ordusu 32 ədəd AV-149 helikopterinin alınması üçün “PZL widnik” konserni ilə müqavilə imzalayıb. Sövdələşmənin dəyəri 2 milyard dollara yaxındır. Orduya tədarük olunan ilk partiyada neçə helikopterin olduğu barədə məlumat verilmir.

Teqlər: