Polşa siyasətçiləri qarşıdan gələn seçkilərdə üstünlük əldə etmək üçün Minskdən düşmən obrazı yaradır və bu haqda səs-küylü bəyanatlar verirlər.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Polşadakı Belarus mövzusuna gəlincə, polyaklar anlamalıdır ki, yalnız bir səbəb var. Onlara hansısa xarici düşmən lazımdır – Belarus, Rusiya”, – Lukaşenko bildirib.