Polşa bu zenit-raket komplekslərini Ukraynaya verdi

Polşa bu zenit-raket komplekslərini Ukraynaya verdi

Polşa Ukraynaya sovet istehsalı olan S-125 “Neva” zenit-raket kompleksləri tədarük edib.

AzerTimes xəbər verir ki, bu sözləri Polşa Nazirlər Şurasının üzvü Mixal Dvorçik Tvitter hesabında məlumat verib.

“Amma Polşanın S-125 “Neva” zenit-raket kompleksləri həmişə göz oxşayır və Ukrayna Silahlı Qüvvələrinin xidmətindədir”, – o bildirib.

Qeyd edək ki, S-125 kompleksi 1961-ci ildə SSRİ tərəfindən istifadəyə qəbul edilib. Bu komplekslərdən Polşa hərbçilərinin sərəncamında 17 ədəd var.

Teqlər: