Fevralın 10-dan Polşa Belarusla “Bobrovniki – Berestovitsa” sərhəd keçid məntəqəsini bağlayır.
AzerTimes xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri Mariuş Kaminski öz Tvitter hesabında məlumat yayıb.
“Mühüm milli təhlükəsizlik maraqları səbəbindən 10 fevral saat 12:00-dan başlayaraq, Bobrovnikidə Polşa-Belarus sərhəd keçid məntəqəsində nəqliyyatın hərəkətini dayandırmaq qərarına gəldik”,- Kaminski deyib.
Qeyd edilir ki, Polşa tezliklə Rusiya ilə də sərhəddə sədlər çəkməyə başlayacaq.