Polşanın “Polskie Linie Lotnicze” (LOT) aviaşirkəti Azərbaycanın
paytaxtı Bakıya birbaşa aviareyslər həyata keçirəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə aviaşirkətin “Twitter”
səhifəsində deyilir.
Məlumata əsasən, aviaşirkətin Bakıya ilk uçuşu mayın 27-si
Varşavanın Frederik Şopen adına hava limanından həyata
keçiriləcək.
“Uçuşlar həftədə dörd dəfə – çərşənbə axşamı, çərşənbə, cümə və
şənbə günləri yerinə yetiriləcək”, – deyə açıqlamada deyilir.