Polşa ATƏT-in Daimi Şurasının növbədənkənar iclası
çağıracaq.
AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində
Polşanın ATƏT-dəki daimi nümatəndəsi Adam Halaçinski yazıb.
“Ukraynanın ATƏT-dəki nümayəndəliyinin tələbi ilə ATƏT Daimi
Şurasının növbədənkənar iclasını çağıracağam. ATƏT-in fəaliyyətdə
olan sədrinin Ukraynadakı xüsusi nümayəndəsi Mikko Kinnunen və
ATƏT-in Xüsusi Monitorinq Missiyasının rəhbəri iclasa dəvət
ediləcək.
Təhlükəsizlik problemlərinin həlli ATƏT-in əsas vəzifəsidir”, –
deyə A.Halaçinski bildirib.