Polşa “Apaçi”lərlə Brest darvazasını bağlayır

Polşa “Apaçi”lərlə Brest darvazasını bağlayır

ABŞ Polşaya “Apaçi” helikopterləri verəcək. Onlar NATO-nun şərq cinahında yerləşdiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak deyib.

Onun sözlərinə görə, helikopterlər ölkənin müdafiəsini gücləndirməyə kömək edəcək və Polşaya şərqdən hücumu qeyri-mümkün qılacaq.

“Biz təminat aldıq ki, ABŞ ordusu bizə öz resurslarından “Abrams” tankları ilə yaxşı işləyən “Apaçi” helikopterləri çatdıracaq. Onlar NATO-nun şərq cinahına gedəcək və Brest darvazasını bağlayacaq”, – Blaşçak bildirib.

Teqlər: