Polşa ABŞ istehsalı zirehli maşınlar alır

Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib ki, Polşa hərbçiləri Amerika istehsalı olan zirehli maşınlarla təmin olunacaq. ABŞ 2022-ci ildə Polşa tərəfinə 300 işlənmiş Cougar avtomobili verəcək.

Trend xəbər verir ki, bu ABŞ-ın artıq hərbi texnika satışı proqramı çərçivəsində həyata keçiriləcək. Qiymətə çatdırılma və əlacə avadanlıq daxildir. Müqavilənin məbləği açıqlanmır.

Polşa Müdafiə Nazirliyi “Cougar”ların alınmasını əməliyyat zərurəti kimi izah edir. İlk avtomobillər Polşaya 2022-ci ildə təhvil veriləcək.


“Cougar” mina əleyhinə müdafiəsi olan avtomobillər sinfinə aiddir. Avtomobil partlayış dalğasının enerjisini yayan xüsusi altlıqla təchiz olunub. MRAP Cougar 2002-ci ildən istehsal olunur.