Polkovnik-leytenantın oğlu Türkiyədə vəfat etdi

Polkovnik-leytenantın oğlu Türkiyədə vəfat etdi

Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Bayram Qurbanovun oğlu Vahid Qurbanlı dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Vəliyev məlumat yayıb.

Onkoloji xəstəlikdən əziyyət çəkən azyaşlı il yarımdır müalicə olunsa da, İstanbulda yerləşən xəstəxanada vəfat edib:

“Vahidin müalicəsi üçün Bayram, yaxınları, komandanlıq, vətəndaşlar, o cümlədən ölkə hüdudlarından kənarda yaşayanlar və çox sayda tanımadığımız dostlar əllərindən gələn köməyi etdilər. Amma Allah Vahidi bizdən aldı.

Bayram qardaşımıza bu ağır günündə uca tanrıdan səbr diləyirəm, Allah Vahidə rəhmət eləsin!”

Teqlər: