Dəfələrlə dövlət qurumlarına eləcə də, polisə bilərəkdən yalan
məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar
edilsə də təəssüf ki, bu kimi neqativ hallara hələ də rast
gəlinməkdədir.
Növbəti bu cür fakt Lənkəranda qeydə alınıb. DİN Mətbuat
Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata
görə, rayon sakini Ş.H. adlı qadın polisə müraciət edərək yaşadığı
evə 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyini, zor
tətbiq edərək qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ
keçirdiyini bildirib. Məlumatla əlaqədar dərhal müvafiq
araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən
əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən
yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş
vermədiyi müəyyən edilib. Araşdırmalarla Ş.H.-nın ailə üzvləri ilə
yaşadığı münaqişə zəminində qayçı ilə öz saçını kəsdiyi, iynə ilə
üz nahiyəsinə xəsarətlər yetiridiyi və zorakılığa məruz qalması ilə
bağlı polisə bilərəkdən yalan məlumat verdiyi məlum olub. Qeyd
olunanlar barədə bilərəkdən yalan məlumat verdiyini həmin şəxs özü
də etiraf edib.
Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır.