Polisə müqavimət göstərən şəxslə bağlı DİN-dən reaksiya

Polisə müqavimət göstərən şəxslə bağlı DİN-dən reaksiya

Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Əziz İltifat oğlu Məmiyev polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib.

AzerTimes xəbər verir ki, bu barədə Report-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Ə.Məmiyev saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.

Teqlər: