Polis Xızıda qanunsuz ov edən şəxsi yaxaladı (FOTO)

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Kamalov rayonun Sitalçay kəndi ərazisində, üzərində qanunsuz daşıdığı 16 kalibrli ov tüfəngi ilə ov edərkən yaxalanıb.

RPŞ-ə gətirildikdən sonra İ.Kamalovun rayon ərazisində qaz xəttinin bir neçə dayaq borularını oğurlaması da müəyyən edilib.


Hazırda faktla bağlı RPŞ-də araşdırma davam etdirilir.

Teqlər: