Polis Qubada əməliyyat keçirdi, saxlanılanlar var (FOTO)

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş əməliyyat
məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin əldə
etməsi, saxlaması və daşımasında şübhəli bilinən Bakı şəhər
sakinləri Mais Alməmmədov, İlkin İbrahimov və Vahid Allahverdiyev
saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və M.Alməmmədova məxsus
avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə
olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar
olunaraq götürülüb.

Bundan başqa M.Alməmmədova məxsus avtomobilə baxış zamanı 2 ədəd
qatlanan cib bıçağı aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, hər üç şəxs Qubaya istirahət
etmək məqsədi ilə gəliblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri
seçilib.

Teqlər: