Polis narkotik dövriyyəsi ilə məşğul olan şəxsi yaxaladı

Xəbər - Fərid Zöhrabov -Trend:

Polis narkotik dövriyyəsi ilə məşğul olan şəxsi yaxaladı.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Zöhrab Lətifov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Teqlər: