Polis məşhur türk blogerdən rüşvət alıb? – Video

Polis məşhur türk blogerdən rüşvət alıb? – Video

Azərbaycanda səfərdə olan türkiyəli bloger Alpər Rende yayımladığı videoda DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib. O bildirib ki, DYP əməkdaşı Bakı şəhəri Neftçilər prospektində ondan 40 manat rüşvət alıb.

AzerTimes xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında həmin iddiaların doğru olmadığını qeyd edib:

“Türkiyəli bloqer Alpər Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə yazılıb”.

O əlavə edib ki, “Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib:

“Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir”.

Teqlər: