Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edən bir nəfər Xudat şəhər sakini avqustun 26-da ona məxsus “VAZ-21013” markalı minik avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun AzerTimes-a bildirdiyinə görə, daxil olmuş müraciətlə əlaqədar bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su matorları, elektrik naqilləri (kabel), mis məftillər oğurlladıqları müəyyən edilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.