Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs saxlanılıb – Baş Prokurorluq

Fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü Şirvan
şəhər sakini Abıyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci
il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi
ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçmış, sonuncuya tibb
işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq almış
olduğu xəsarətdən xəstəxanada ölmüşdür.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilmişdir ki, Elnur Abıyevin tutularaq istintaqa cəlb
edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev
polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə
onlara atəş açmış, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti
silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq
hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılmışdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi
başlanıb.


Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam
etdirilir.

Teqlər: