Polis əməkdaşları da peyvənd olunur

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb.

AzerTimes-ın məlumatına görə, bu gündən etibarən hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

Polis əməkdaşlarının peyvəndlənməsi DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir.


Qeyd edək ki, yanvarın 18-dən tibb işçiləri, fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunub.

Teqlər: