Polis “Berdzor” lövhəsini sındıranları niyə həbs etdi? – Video

Polis “Berdzor” lövhəsini sındıranları niyə həbs etdi? – Video

Laçının girişində erməni dilində “Berdzor” yazılan lövhəni sındıran Elnur İsayev və Cavid Quliyevin 10 sutka inzibati həbsə məruz qaldığı bildirilir.

Daxili İşlər Nazirliyi hər iki şəxsin həbs edildiyini təsdiqləsə də, həbsin motivinin fərqli olduğunu bildirib.

AzerTimes xəbər verir ki, Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə deyib ki, adıçəkilən vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırması ilə bağlı inzibati qayda həbs edilməsi ilə bağlı iddiaları əsassızdır.

“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanuni daxil olub. Onlar polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmayıblar. Ona görə də barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub”, – deyə o bildirib.

E.Hacıyevin sözlərinə görə, həmin ərazidə də partlayıcı və mina təhlükəsi var:

“Hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Bu cəzalandırma profilaktik əhəmiyyət daşıyır”.

Teqlər: