Polis Bakıda iki nəfərin qətlə yetirildiyi kütləvi dava ilə bağlı əməliyyata başladı

Xəbər - Samir Əli – Trend:

Polis Bakıda iki nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə
bağlı əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat
verilib.

Məlumatda bildirilir ki, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə
fevralın 18-də saat 00.30 radələrində Təbriz küçəsindən Bakı şəhər
sakini Fərid Alırzayevin və Sumqayıt şəhər sakini Şahin Bayramovun
ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya gətirilmələri və
orada ölmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törədənin və ya
törədənlərin müəyyən edilərək tutulması istiqamətində intensiv
əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Teqlər: