Polis Bakıda gənclərin metroda nalayiq hərəkətləri ilə bağlı araşdırma aparır

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakıda gənclər metroda nalayiq hərəkətlər ediblər.

AzerTimes-ın məlumatına görə, görüntülərdə “Bakmil” metro stansiyasından Nəriman Nərimanov metro stansiyasına hərəkət edən qatarda bir qrup gəncin xoşagəlməz hərəkətlər etməsi öz əksini tapıb.

Gənclər bunu lentə alaraq sosial şəbəkədə yayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, görüntülərlə bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: