Polad Bülbüloğlu yenidən bu vəzifəyə sədr seçildi

Polad Bülbüloğlu yenidən bu vəzifəyə sədr seçildi

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu yenidən MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin sədri seçilib.

AzerTimes xəbər verir ki, bu barədə Polad Bülbüloğlu Daşkənddə MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumunun bağlanış mərasimində bildirib. O deyib: “Bu gün mən daha iki il müddətinə yenidən DHƏF İdarə Heyətinin sədri seçildim. Göstərilən etimad və dəstəyə görə həmkarlarıma minnətdarlığımı bildirirəm. Ümidlərinizi doğrultmağa çalışacağam”.

Forum çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və DHƏF İdarə Heyətinin birgə iclası keçirilib.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 2006-cı il mayın 25-də Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış saziş əsasında fəaliyyət göstərir. DHƏF-in ali orqanı – İdarə Heyətidir, onun üzvləri fondun iştirakçısı olan dövlətlərin səlahiyyətli nümayəndələridir.

Qeyd edək ki, 2010-cu ildən Fondun sədri Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğludur.

Teqlər: