Podolyak Zelenski-Zalujnı konfliktindən danışdı

Podolyak Zelenski-Zalujnı konfliktindən danışdı

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak mediada dövlət başçısı Vladimir Zelenski ilə silahlı qüvvələrin baş komandanı Valeri Zalujnı arasında konfliktin davam etməsi barədə yazılanlara münasibət bildirib.

AzerTimes xəbər verir ki, Podolyakın sözlərinə görə, hazırda Zelenski və Zalujnı rollarını nəzərə alsaq, münaqişədən danışmaq çox qəribədir.

O qeyd edib ki, sərt müzakirələr olur, lakin bu, normal idarəetmə modelidir.

“Biz burada münaqişədən yox, normal işdən danışırıq. Heç bir münaqişə yoxdur”, – Podolyak əlavə edib.

Teqlər: