Rusiyalı hərbi jurnalisti Vladlen Tatarskinin (əsl adı Maksim Fomin) ölümü ölkəni daxildən məhv edə biləcək dönməz proseslərə gətirib çıxaracaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Rusiyada başlayır… Hörümçəklər bir bankda bir-birini yeyirlər. Sual odur ki, nə zaman daxili terrorizm daxili siyasi mübarizənin alətinə çevriləcək?” – o bildirib.
O qeyd edib ki, Rusiyada tezliklə narahatedici günlər başlaya bilər. Amma buna baxmayaraq, Ukrayna öz yolunu bilir və bu yolla getməyə davam edəcək.
Xatırladaq ki, Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Strit-bar” kafesində baş verən partlayış nəticəsində hərbi jurnalist Vladlen Tatarski ölüb, daha 16 nəfər yaralanıb. Kafenin “Vaqner”in sahibi Priqojinə məxsus olduğu bildirilir.