Poçtla ölkəyə qanunsuz dərman keçirmək istədilər (VİDEO)

Poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni
şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən
Trend
-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük
İdarəsinin “Poçt göndərişləri” gömrük postunda Türkiyə
Respublikasının Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində
qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşının ünvanına
göndərilən yükə gömrük baxışı keçirilib.

Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində
yataq dəsti kimi göstərilən yükün içərisində ampulaların təsviri
müşahidə olunub.

Aparılan fiziki yoxlama zamanı isə yataq dəstinin içərisindən
gömrük orqanından gizlədilən 74 ədəd ampula şəklində dərman
preparatları aşkar edilib.

Teqlər: