PKK “Fərat Qalxanı”nda terror aktı törədib – 2 ölü, 19 yaralı var

PKK/YPG terror təşkilatı Türkiyə ordusunun “Fərat Qalxanı” bölgəsində terror aktı törədib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumatda bildirilir ki, iki ayrı yerdə törədilən partlayışlarda 2 Suriya vətəndaşı ölüb, 19-u yaralanıb: “Məsum sivilləri qətlə yetirməkdən başqa bir məqsədi olmayan PKK/YPG və dəstəkçiləri unutmamalıdır ki, regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcək və terror yuvalarını dağıtmağa davam edəcəyik”.