Türkiyənin Kilis şəhərində yerləşən Öncüpınar sərhəd-keçid məntəqəsi yenidən PKK terrorçuları tərəfindən atəşə tutulub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Suriyanın şimalından məntəqəyə doğru 3 raket atılıb.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
Qeyd edək ki, dünən də PKK terror təşkilatı Öncüpınar sərhəd-keçid məntəqəsini raket atəşinə tutmuşdu.