PKK “And əməliyyatı” keçirdi: 65 adam öldürdü

PKK “And əməliyyatı” keçirdi: 65 adam öldürdü

MİT və Türkiyə Silahlı Qüvvələrinin effektiv əməliyyatları və kritik fiqurların məhv edilməsi PKK terror təşkilatı daxilində genişmiqyaslı xaosa və daxili qarşıdurmaya səbəb olub.

AzerTimes xəbər verir ki, təşkilat Hasekə, Rakka, Deyr əz-Zor, Qamışlı, Menbiç, Yarubiye, Tabka və Ras əl-Ayn bölgələrində 2000-dən çox insanı MİT agenti olduqları iddiası ilə saxlayıb.

Terror təşkilatı “And əməliyyatı” adlandırdığı əməliyyatda 65 nəfəri öldürüb. PKK tərəfindən qaçırılan şəxslərdən 16-sının bölgədə çalışan jurnalist olduğu öyrənilib.

Bildirilir ki, təşkilatın yüksək vəzifəli şəxslərinin kütləvi edam və həbs qərarı iyulun 28-də PKK lideri Duran Kalkan tərəfindən verilib.

Teqlər: