Pişəvərini “satqın”, Milli Hökuməti “xəyanət” sayanlar…

Pişəvərini “satqın”, Milli Hökuməti “xəyanət” sayanlar…

İran həbsxanasında saxlanılan siyasi məhbus Yürüş Mehrəlibəyli 21 Azər (12 dekabr) Hərəkatının ildönümü ilə bağlı müraciət yayıb.

AzerTimes həmin müraciəti təqdim edir:

Fars və mərkəzçi cərəyanlar hələ də Azərbaycan Milli Hökumətinin qurulmasını vətənə xəyanət nümunəsi, hakim Pişəvərini isə satqın hesab edir, çıxarılan hökmü nağara və sirenlərlə xalq arasında hayqırırlar: kitablarda, jurnallarda, qəzetlərdə yazılır və məktəblərdə şagirdlərə çatdırılır.

Onların nöqteyi-nəzərindən, Pişəvəri azadlıqsevər fəaliyyətinə görə 10 ilə yaxın Rza şah diktatorunun həbsxanasında həbsdə olsa da, Azərbaycan xalqı onu öz nümayəndəsi seçsə də, satqındır.

Baxmayaraq ki, o Rza şah hökumətinin 20 ili qədər bir il ərzində Azərbaycanın inkişaf yolunda xidmətlər göstərib. Bu fəaliyyətləri isə görməzdən gəlirlər. Nəhayət, Pişəvəri azadlıq yolunda və düşüncəsində müqavimət və fədakarlıq göstərir, xaincəsinə öldürülür…

Onların fikrincə, Cəfər Pişəvərinin ən böyük günahı, əvvəlcə, Azərbaycanı İrandan ayırıb, sonra isə Azərbaycanın muxtariyyətinə razılıq verməsi olub.

Sovet İttifaqından kömək almaq, bəzən, Cəfər Pişəhvərinin cinayəti kimi təqdim edilir. Pişəvərini Sovet İttifaqından himayə istəməkdə günahlandıranlar Məhəmməd Rza şahı heç vaxt Amerikadan yardım almaqda və ya Azərbaycan Milli Hökumətini dağıtmaq məqsədi ilə Sovet İttifaqına şərait yaratmaqda günahkar saymırlar.

Hazırda onlardan bəziləri İranın Suriyada Rusiya ilə əməkdaşlığını fəxrlə dilə gətirirlər. Onların fikrincə, əsas günah, sadəcə, İrandan ayrılmaq istəyidir.

Həmin kəslər Azərbaycan Milli Hökumətinin qurulmasını vətənə xəyanət kimi qiymətləndirirlər. Lakin bu halda mərkəzçiliyi diktə edən sağçı və solçu şovinizmdir.

Onlar üçün fərqi yoxdur ki, Azərbaycanda Milli Hökumət dövründə fermerlərin, fəhlələrin mənafeyi naminə hansı addımlar atılıb. Ya da Azərbaycanın Demokratik Firqəsi dövründə digər hərəkətlərin təsviri, o cümlədən, ana dilində məktəblərin yaradılması, ölkədə ilk dəfə qadınlara səsvermə və namizədlik hüququnun verilməsi onların Azərbaycan Milli Hökuməti haqqında mühakimələrinə heç bir təsir göstərmir. Çünki Azərbaycan Milli Hökumətinin qurulması İranın inteqrasiyasının sona çatması və Azərbaycanda fars dilinin rəsmi statusunun itirilməsi demək idi.

Bundan əlavə, Milli Hökumətə malik olan azərbaycanlılar İrandan müstəqil siyasi kimliyə və tanınmağa nail olacaqdılar.

Onların nöqteyi-nəzərindən bir ölkədə xüsusi bir millətə qarşı nə qədər ayrı-seçkiliyin tətbiq olunmasının, məhkum edilmiş millətin hakim millət tərəfindən nə qədər alçaldılmasının, elementar hüquqlarından məhrum edilməsinin və ya kimliyinin təhlükəyə atılmasının heç bir əhəmiyyəti yoxdur. Heç bir etiraz olmamalıdır: İranın bütövlüyünü qorumaq üçün rejimin zülm və ayrı-seçkiliyini davam etdirməsinə itaət etməlidirlər.

Teqlər: