“Pirus”da narkotik vasitə aşkarlandı

“Pirus”da narkotik vasitə aşkarlandı

Suraxanı Dövlət Yol Polisi Şöbəsinin (DYP) əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

AzerTimes xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli Azərtac-a bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib və 1 kiloqram 26 qram heroin aşkarlanıb.

Şübhəli şəxslər saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Teqlər: