Pirallahıda top mərmisi tapılıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı
rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu
cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə
müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə
baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 100 mm-lik OF-32 top
mərmisi olduğu müəyyən edilib.
Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.