Ermənistan sakinləri Rusiya ilə münasibətlərin məhdudlaşırılmasını və NATO-ya üzvlüyü dəstəkləyir – Sorğu

Ermənistanda keçirilmiş rəy sorğusu nəticəsində məlum olub ki,
respondentlərin 69,7 faizi Ermənistanın Rusiya ilə münasibətlərinin
məhdudlaşdırılması, əlaqələrin Aİ və ABŞ-la genişləndirilməsinin
tərəfdarıdır.

Trend-in erməni
KİV-lərinə istinadən məlumatına görə, rəy sorğusu SOCIES ekspert
mərkəzi və İrəvan Dövlət Universiteti tərəfindən keçirilib.

Rəyi soruşulanların 34,1 faizi Ermənistanın təhlükəsizliyinin
təmin olunması məqsədilə NATO-ya daxil olmalı olduğunu
bildirib.

Eyni zamanda, respondetlərin yalnız 29,1 faizi təhlükəsizliyin
qarantı kimi KTMT-ni görüb. 26 faiz respondent heç bir təşkilatın
Ermənistanın təhlükəsizliyinin qarantı olmadığını, 10,7 faiz
respondent isə bu təşkilatlar barədə eşitmədiyini bildirib.

Bundan başqa, rəy sorğusunda iştirak ednlərin 46,1 faizi
Ermənistanın Avropa İttifaqına, 12,6 faizi Avrasiya İqtisadi
İttifaqına üzvlüyünü dəstəklədiyini bildirib. 12,5 faiz respondent
heç bir qurumu dəstəkləmədiyini, 12,6 faiz isə bu qurumlar barədə
eşitmədiyini bildirib.

(Tərcümə: Orxan Nəbiyev)