Pirallahı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində
olan Pirallahı Sənaye Parkında yeni rezident – “Medtest” MMC
qeydiyyata alınıb, bununla da sənaye parkının rezidentlərinin sayı
5-ə çatıb.

AzerTimes-ın məlumatına görə,
“Medtest” MMC tərəfindən Pirallahı Sənaye Parkının ərazisində
“Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı
layihəsi” həyata keçiriləcək.

Layihənin investisiya dəyəri 2,75 milyon manatdır və bunun da
82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti
hesabına formalaşdırılacaq.

İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın
təlabatının ödənilməsinə yönəldiləcək.

Müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi
planlaşdırılır.

Teqlər: