“Pfizer/BioNTech” vaksini yeniyetmələrdə yüz faizlik səmərəlilik göstərib

Xəbər - Orxan Nəbiyev – Trend:

Koronavirusa qarşı “Pfizer/BioNTech” vaksini 12-15 yaş arası yeniyetmələrdə 100 faizlik səmərəlilik nümayiş etdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə “BioNTech”in bəyanatında deyilir.

Tədqiqatda 12-15 yaş arasında 2 260 ABŞ sakini iştirak edib. Müşahidələr həmin şəxslərin ikinci doza peyvəndləmədən sonra güclü immunogenliyini göstərib.

Bundan başqa, həmin yaş qrupunda şəxslərin vaksinin əlavə təsirlərinə dayanıqlığı da müşahidə olunub.