Xəbər - Orxan Nəbiyev – Trend:
Koronavirusa qarşı “Pfizer/BioNTech” vaksini 12-15 yaş arası yeniyetmələrdə 100 faizlik səmərəlilik nümayiş etdirib.
AzerTimes-ın məlumatına görə, bu barədə “BioNTech”in bəyanatında deyilir.
Tədqiqatda 12-15 yaş arasında 2 260 ABŞ sakini iştirak edib. Müşahidələr həmin şəxslərin ikinci doza peyvəndləmədən sonra güclü immunogenliyini göstərib.
Bundan başqa, həmin yaş qrupunda şəxslərin vaksinin əlavə təsirlərinə dayanıqlığı da müşahidə olunub.