Xəbər - Çingiz Səfərli – Trend:
Əks-göstəriş sertifikatları əsasən vaksinasiyanın hər hansı komponentinə ağır dərəcədə adekvat reaksiyası olan şəxslərə, hamiləlik və südvermə dövründə olan qadınlara veriləcək.
AzerTimes-a verilən məlumata görə, bunu baş infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, bunlar qəti əks-göstərişlərdir, amma əlavə olaraq nisbi əks-göstərişlər də var:
“Şəkərli diabet və onkoloji xəstəlik kimi bir sıra xroniki xəstəliklərin kəskin dövründə əks-göstəriş sertifikatı verilə bilər. Komissiyalar bunu dəyərləndirəcək, amma hələ işlərə tam başlanılmayıb. Həmin xəstələr sağaldıqdan sonra hesab edirəm ki, vaksinasiya olunacaqlar”.
Twitter:@cingizsafarli