Almaniyada maşinistlər tətil keçirir – Reyslərin 75 faizi təxirə salınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyada qatar maşinistləri avqustun 13-dək ümummilli tətil keçiriləcəyini elan edib.

Trend-in məlumatına görə, tətilin ilk günündə dəmir yolu ilə reyslərinin 75 faizi təxirə salınıb. Sərnişinlərə əldə etdikləri biletlərin məbləği qaytarılıb və onlara avtobusla hərəkət etmək tövsiyə olunub.

Qeyd olunur ki, maşinistlər əməkhaqlarının artırılmasını tələb edib. Tətil ölkədə məzuniyyətlər dövrü ilə üst-üstə düşdüyü üçün yaxın günlərdə nəqliyyat sisteminin iflic olması istisna edilmir.