Peyvənd olunmuşam, özümü yaxşı hiss edirəm – Assosiasiya rəhbəri (FOTO)

Xəbər - İlhamə İsabalayeva – Trend:

COVİD-19-a qarşı peyvənd olunmuşam və özümdə heç bir yan təsir müşahidə etməmişəm.

Bunu AzerTimes-a Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Vahid Bayramov deyib.

Onun sözlərinə görə, 71 yaşı olduğu üçün vaksinasiyanın ikinci mərhələsində peyvənd olunub:

“Bu gün vaksinin ilk dozasını vurdurdum. Martın 11-də isə ikinci dozanı vurduracağam. Mən yaşı 65-dən yuxarı olan hər kəsə məsləhət görürəm ki, COVİD-19-dan qorunmaq üçün özlərinə peyvənd vurdursunlar. Yaşlı insanların orqanizmi zəif olduğundan onların virusa davamlılıqları da zəif olur. Bu virus yaşı 65-dən çox olanların həyatı üçün xüsusilə təhlükəlidir”.

V.Bayramov koronavirusa qarşı vaksininin təhlükəli olması barədə məlumatların da elmi əsasının olmadığını söyləyərək qeyd edib ki, ölkəmizdə istifadə olunan peyvənd təhlükəsizlik tədbirlərinə cavab verir və onu vurdurmaqdan ehtiyat etmək lazım deyil. O, müxtəlif elmi mənbələrin də bu məlumatı təsdiqlədiyini söyləyib.

Teqlər: