“Peugeot” minə yaxın avtomobili geri çağırır

“Pejo Sitroen Rus” şirkəti Rusiyada minə yaxın “Peugeot”
avtomobilini geri çağırır.

Trend-in
məlumatına görə, qərar avtomobillərdə arxa təkərlərin möhkəmlənməsi
ilə bağlı mümkün qüsurlarla əlaqədar qəbul edilib.

Geri çağırılma 2020-ci ilin noyabrından 2021-ci ilin
oktyabrınadək Rusiyada satılmış “Peugeot 408” və “Peugeot Partner”
avtomobillərinə şamil olunur.

Ümumilikdə 966 avtomobil geri çağırılır.

Qeyd olunur ki, həmin avtomobillərdə təmir işləri ödənişsiz
həyata keçiriləcək.